Ermənistan

Hadrut erməniləri Yerevanda aksiya keçirdi: Bizə ev verin!

9 Sentyabr 2021 14:25
2 Şərh     Baxış: 2 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müharibə dövründə Xocavəndin Hadrut qəsəbəsindən qaçan ermənilər Yerevanda etiraz aksiyası keçiriblər.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, 100-dən artıq etirazçı Ermənistanda, yaxud Qarabağda onlara mənzil verilməsini tələb edib.

Keçmiş Hadrut sakini Tiqran Movsesyan müharibə zamanı bütün əmlakını itirdiyini deyib.

"Biz burda kirayə tutmağa, yaxud qohumlarımızda qalmağa məcburuq. Bizə ev verilsin. Həmçinin, qaçın, yaxud müvəqqəti köçkün olmağımız barədə status da müəyyənləşdirilməlidir",- deyə etirazçılar söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.