Ermənistan

İşğalçılıq siyasəti Ermənistanı ağır duruma salıb - VİDEO

3 Sentyabr 2021 20:42
0 Şərh     Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın dövlət borcu 8 milyard 973 milyon dollara çatıb. Təkcə bu ilin yanvar ayından iyula qədər olan dönəm ərzində Ermənistan höküməti daha 1 milyard dollar borc götürüb. Ermənistanın sürətli iqtisadi çöküş prosesini təkcə artan dövlət borcu yox, həm də normanı az qala ikiqat üstələyən büdcə kəsiri də təsdiqləyir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Aydın Hüseynov Ermənistanın iqtisadi çöküşünün sürətlənməsinin əsas səbəbini onların 30 ilə yaxın işğalda saxladıqları Azərbaycan torpaqlarının sərvətlərindən daha yararlana bilməməsi ilə əlaqələndirir. 

Millət vəkilinin fikrincə, Ermənistanın müharibə ritorikasını davam etdirməsi də erməni cəmiyyətində qorxu, narahatlıq yaradır ki, bu da müstəqillik illəri boyunca əhalinin azalması problemi ilə üzləşmiş bu ölkədə immiqrasiyanı da sürətləndirib. Ermənilərin xaricə axının da post-müharibə dövründə sürətlənməsi zəncirvari şəkildə iqtisadi geriləməyə əlavə təkan verir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.