Ermənistan

Ərəb jurnalistə qarşı İrəvanda görün nə etdilər - VİDEO

26 Aprel 2021 13:34
Baxış: 1 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan yenidən erməni mediasının hədəfinə tuş gəlib. Akopyan qondarma "erməni soyqırımı" abidəsini ziyarət edərkən mühafizəçilər əcnəbi jurnalistə qarşı kobud davranıblar.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, canlı yayıma çıxan ərəb jurnalistin Anna Akopyan keçən yola yaxın dayanması mühafizəçilərin diqqətini çəkib.

"Artıq Ermənistanda canlı yayıma çıxan jurnalistlər məkan seçərkən diqqətli olmalıdırlar ki, ölkə rəhbərliyinin ailəsindən kimsə arxa fonda görünməsin. Əks təqdirdə, kobudluqla üzləşib ərazidən uzaqlaşdırılacaqsınız. Nəzərə alsaq ki, "soyqırımı kompleksi"ndən reportaj hazırlayan əcnəbi - ərəb jurnalist idi, Akopyanın mühafizəçiləri ona daha həssas yanaşmalı idilər. Bir zamanlar diktatorluğa lağ edən Paşinyan indi özü buna doğru gedir", - məqalədə qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.