Ermənistan

Ermənistanın təhlükəsizlik sistemi çökdü - müxalifət liderinin etirafı

8 Yanvar 2021 23:34
Baxış: 1 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vəziyyət çox təhlükəlidir, gözlənilməz hadisələr mümkündür. Milli.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan müxalifətinin lideri Vazgen Manukyan xarici işlər naziri Ara Ayvazyana, milli təhlükəsizlik xidmətinin direktoru Armen Abazyana, baş qərargah rəisi, general-polkovnik Onik Qasparyana müraciətində ​​söylədi.

"Ölkəmiz son dərəcə təhlükəli vəziyyətdədir. Nəhəng insan və ərazi itkilərimiz var. Suverenliyimiz azaldı. Ermənistanın təhlükəsizlik sistemi çökdü. Məğlub olan baş nazirin dövlət əleyhinə qərarları ilə güzəştlər etməyə və itkilərə davam edirik. Cəmiyyətimiz bilmir, o kimlə və nə barədə razılığa gəldi... Vəziyyət çox təhlükəlidir, gözlənilməz hadisələr mümkündür", - deyə Manukyan şikayətlənir.

Aslan Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.