Ermənistan

Ermənistanda əsgər valideynləri etiraz edir - Uşaqlarımızı Qarabağa göndərməyin! - VİDEO

8 Yanvar 2021 13:07
Baxış: 1 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yerevanda bir neçə çağırışçının valideynləri etiraz aksiyası keçirirlər.

Milli.Az erməni KİV-ə istinadən xəbər verir ki, onlar bir həftəlik məzuniyyətə qayıdan oğullarının Ermənistanda saxlamalarını və Qarabağa göndərilməmələrini tələb edirlər.

"O gün bizə dedilər ki, Rusiya və Azərbaycan əsgərlərimizin Qarabağda xidmət etməsinə icazə vermir. Yaxşı dedik, püşk atsınlar, uşaqlar da Ermənistanda xidmət etsinlər. İndi də deyirlər - yox, yenidən Qarabağa getməlidirlər. Uşaqlar bunu istəmirlər və biz buna imkan verməyəcəyik", - aksiya iştirakçısı, əsgər analarından biri jurnalistlərə deyib.

Başqa bir əsgərin atası oğlunun yayda xidmətə getdiyini, cəmi dörd ay xidmət etdiyini və müharibənin bütün dəhşətlərindən keçdiyini söyləyib.

"...Niyə o bir daha bundan keçməlidir?", - o deyir.

Başqa bir kişi isə bunları qeyd edib: "Heç kim bizə uşaqlarımızın Qarabağa sağ çatacağına dair zəmanət vermir. Buna görə də heç yerə getməyəcəklər. Yolları bağlayacağıq və avtobusların keçməsinə icazə verməyəcəyik".

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.