Ermənistan

900-ə yaxın erməni hərbçisinin meyiti tapıldı

16 Dekabr 2020 22:44
Baxış: 3 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Noyabrın 13-dən Qarabağda həlak olmuş 892 erməni hərbçisinin meyiti aşkarlanıb".

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Fövqəladə Hallar Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Unan Tadevosyan "Sputnik Armenia"ya açıqlamasında deyib.

"Biz bu günə kimi 892 hərbi qulluqçunun meyitini tapdıq. Son günlərdə barışıq rejiminin pozulmalarına görə iş dayandırılıb. Amma dünən axtarışlar Cəbrayıl, Füzuli və Qaraxanbəyli ərazisində davam etdirildi. Bu gün onlar Cəbrayılda və Füzulidə davam etdilər", - Tadevosyan deyib.

O, əlavə edib ki, işlər Zəngilanda da davam etdiriləcək. Hava xilasedicilərə ciddi maneçiliklər yaradır. Qısa dekabr günləri axtarışların effektivliyini əhəmiyyətli dərəcədə aşağı salır. Axtarışlarda əsasən erməni və Rusiya xilasediciləri iştirak edirlər.

İndi xilasedicilərə yeri yaxşı tanıyan hərbçilər, həmçinin itkin düşən əsgərlərin valideynləri qoşulublar.

"Bu onların arzusu idi, biz onları qarşılamağa getdik. Valideynlər öz aralarında razılaşırlar və bizimlə birlikdə axtarışda bir neçə insan iştirak edirlər", - dövlət qulluğunun əməkdaşı qeyd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.