Şirak sakinləri Ermənistan-Gürcüstan sərhədinə gedən Gümrü-Bavra yolunu bağlayıblar. Etirazçılar İrəvan istiqamətindəki əsas yolu bağlamaq niyyətindədirlər.
Onların əsas tələbi, Ermənistanın Şirak bölgəsindəki bir neçə kəndin sakini olan əsir götürülmüş erməni əsgərlərini geri qaytarmaqdır.
Milli.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Şirak sakini Karapet Poqosyan danışıb.
"Bölgəmizdən 150 nəfər tutulub. Təxminən dörd gün mühasirəyə alınıblar, tamamilə unudulub və indi ələ keçiriliblər", - Poqosyan deyib.
Məsələni yerindəcə aydınlaşdırmaq üçün kəndlərdən birinin başçısı İrəvana gəlməlidir.
Əvvəllər sosial şəbəkələrdə silahsız onlarla erməni əsgərinin çox sayda Azərbaycan əsgər dəstəsinin müşayiəti ilə naməlum istiqamətdə getdiyi videolar yayılmışdı.
Aslan Məmmədov
Milli.Az