Ermənistan

Əsgər anaları Paşinyanı TƏHQİR ETDİ: çirkli ayağınızla...

16 Dekabr 2020 14:44
Baxış: 1 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yerablur"a gəlməyin, varlığınızla uşaqlarımızın məzarlarını ləkələməyin".

Milli.Az xəbər verir ki, bunu Qarabağ müharibəsində ölən erməni əsgərlərin anası baş nazir Nikol Paşinyana müraciətində deyib.

"Hər həftə Yerablur hərbi panteonunu ziyarət etmək artıq ailəmizdə bir qanun halına gəldi, amma indi ora getməkdən qorxuram. Bundan sonra onlara nə deyim? Deyim ki, öz əlləri ilə hər şeyi məhv edən birini hakimiyyətə gətirdilər?", - 2 oğlu müharibədə ölən valideyn deyib.

"Siz addımlarınızla uşaqlarımızın məzarlarını ləkələyirsiniz, heç olmasa, buranı təmiz və müqəddəs qoyun ki, çirkli ayağınızın "Yerablur"a girmədiyini söyləyək. Oraya gəlməyin", - başqa bir əsgər valideyni baş nazirə müraciətində bildirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.