Ermənistan

Paşinyan mövqeyini itirir - SORĞU

15 Dekabr 2019 18:25
0 Şərh     Baxış: 1 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda keçirdiyi sorğunun nəticələrini yayımlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, sorğuya əsasən Ermənistanda əsas narazılıq yeni iş yerlərinin yaradılmaması və sosial-iqtisadi problemlərin həll edilməməsindəndir. Bu fikri müdafiə edənlərn sayının artdığı qeyd olunub.

Nikol Paşinyan hökumətinin pis idarəçiliyindən şikayətlənənlərin də sayı artıb. Onların sayı 27% təşkil edir ki, bu da cari ilin mayındakından 5% çox olub.

"Mənim Addımım" Blokunun səs faizlərində də 4% geriləmə qeydə alınıb. Bloku dəstəkləyənlər əhalinin 55%-ni təşkil edib. Çiçəklənən Ermənistan Partiyasını 19%, İşıqlı Ermənistanı müdafiə edənlər 6% təşkil edib.

Respondentlərin 59%-i Respublikaçılar Partiyasına heç vaxt səs verməyəcəyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.