ABŞ texnologiyası Ermənistana gələcək.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, TRIPP Fondu vasitəsilə Ermənistana ilkin mərhələdə 5 milyard dollarlıq ilkin investisiya, ikinci mərhələdə isə daha 4 milyard dollar investisiya yatırılacaq.
"Biz həmçinin Ermənistana 11 milyon dollar dəyərində pilotsuz kəşfiyyat texnologiyalarının satışını təsdiq etdik", - Vens qeyd edib.
Vens onu da qeyd edib ki, TRIPP layihəsi Cənubi Qafqaz regionuna böyük iqtisadi fayda gətirəcək.
"Biz 8 avqustdan bəri artıq böyük irəliləyiş əldə etmişik", - Vens vurğulayıb.
Milli.Az





