Ermənistan

İrəvanda “Qarabağ” mahnısını çəkən də saxlanıldı - YENİLƏNİB - FOTO

2 Fevral 2025 10:12
Baxış: 3 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın paytaxı İrəvanın mərkəzində bir neçə nəfərin "Qarabağ" mahnısı oxuduğu videonu yayan Qərib Babayan ötən gün saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, nifrət təbliğ etməkdə ittiham olunub. 

Lakin məhkəmə erməni alimin həbsi ilə bağlı vəsatəti rədd edib. Babayanın saxlanılması eyni zamanda qısamüddətli etirazlara, yolun bağlanmasına da səbəb olub.

Erməni mətbuatının digər məlumatında isə qeyd olunub ki, Azərbaycan mahnısının oxunmasına görə İran vətəndaşı 40 yaşlı Milard Vahid də saxlanılıb.

Erebuni polis şöbəsinə aparılan Vahid, Tiqran Mets prospektində ictimai asayişi kobud şəkildə pozmaqda, cəmiyyətə hörmətsizlik etməkdə, həmçinin şəhər avtobusunda nalayiq hərəkətlər etməkdə ittiham olunub.

---------------

2025.02.01

Ermənistan paytaxtı İrəvanın mərkəzində Azərbaycan dilində "Qarabağ" mahnısını ifa edən İran vətəndaşı saxlanılıb. 

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki,  İran İslam Respublikası vətəndaşı 40 yaşlı Millard Vahid yaşadığı ünvanda polis tərəfindən saxlanılıb.  Onun saxlanılmasına səbəb isə kobud davranışları olub:

"Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İcma Polis Baş İdarəsinin Erebuni şöbəsinə bir vətəndaşın ictimai asayişi kobud şəkildə pozması barədə əməliyyat məlumatı daxil olub. O, şəhər avtobusunda insanlara qarşı hörmətsizlik edib, nalayiq davranışlar nümayiş etdirib", - nazirliyin məlumatında qeyd olunub. 

Məlumata görə, iranlı həbs edilərək ER Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin təcridxanasına aparılıb.  (Unikal)

-----------
15:35

Ermənistan Milli Təhlükəsizlik Xidməti Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbərinə qarşı cinayət işi açıb.

Milli.Az erməni mətbuatına istinadən xəbər verir ki, mərkəz rəhbəri Ermənistan paytaxtının tam mərkəzində bir qrup şəxsin Azərbaycan dilində "Qarabağ" mahnısını oxuduğu rezonans doğuran videonu ilk paylaşanlardan biri olub.

Görüntülər yanvarın 30-da sosial şəbəkələrdə peyda olub və sürətlə internetdə yayılaraq istifadəçilərin reaksiyasına səbəb olub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib ki, videoda əks olunan şəxslər İran vətəndaşlarıdır. Onlar dekabrın 30-dan yanvarın 3-dək turist qismində Ermənistanda olublar. Erməni təhlükəsizlik qüvvələri onların adlarını açıqlayıb: Milad Kaqramaniafşar, Behzad Qafari Şabanlou, Mehdi Mohammadi, Hamed Azizi Maleki və Nader Qafari.

Eyni zamanda, qurumdan qeyd edilib ki, Ermənistanda Azərbaycan dilində mahnı oxumaq qadağan olunmayıb. Amma görünənə görə, belə videoların internetdə yayılması qadağandır.

"Biz həqiqətə uyğun olmayan və ya təsdiqlənməmiş məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırırıq", - deyə xüsusi xidmətdən bildirilib. /oxu.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.