Ermənistan

Paşinyan referendum fikri ilə razı deyil

1 İyul 2024 12:56
Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Birliyinə daxil olmaq üçün referendumun keçirilməsini hazırda məqsədəuyğun hesab etmirəm, lakin Ermənistan xalqının Avropa istəyi var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyi və ABŞ səfirlərinin, beynəlxalq və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi "Erməni Demokratik Forumu"nun iclasında çıxışında deyib.

"Əgər referendum olsa, təşviqat aparmalıyıq. Belə olan halda insanlar bizə sual verəcəklər: Necə, nə vaxt, Avropa Birliyi istəyir, ya yox? İnsanlar Avropa Birliyinin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Bu suala cavab verə bilmərəm, çünki AB daxilində də proseslər gedir ki, bu da ən azı seçkinin nəticələri ilə bağlı suallar doğurur", - Paşinyan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.