Fransa silah-sursat verməklə Ermənistanı yeni avantüraya sürükləyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci ildə İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbə qazanması ilə regionda yeni vəziyyət yaranıb. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan bir tərəfdən Ermənistanla daimi sülhün bərqərar olmasına çalışır, digər tərəfdən də regional sabitlik üçün böyük səylər göstərirdi. Bu kontekstdə o, çoxşaxəli xarici siyasət yeridirdi. Bu siyasət Azərbaycanda bir sıra mühüm nəticələrə səbəb oldu.
Milli.Az xəbər verir ki, bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
"Ancaq Ermənistan eyni addımları atmadı. Öhdəliklərini yerinə yetirmək əvəzinə, yeni iddialar irəli sürərək, Qərb dünyasını, xüsusən də Fransanı arxasına alaraq yeni avantüralar ardınca getməyə üstünlük verdi. Azərbaycanla Ermənistan arasında münasibətlərin müəyyənləşdirilməsində təkcə hər iki tərəfin iradəsi deyil, həm də xarici qüvvələrin Ermənistana təsiri önəmlidir. Burada xüsusilə Fransa Cənubi Qafqaza nüfuz etmək üçün Ermənistana təsirindən istifadə edərək, regionda sabitliyi pozmaq siyasəti aparır. Fransa silah-sursat verməklə Ermənistanı yeni avantüraya sürükləyir. Fransa diasporun dəstəyi ilə ölkədəki zəif siyasi nüfuzdan istifadə edərək Ermənistanı Azərbaycana qarşı müharibəyə sürükləyir.
Azərbaycan həmişə olduğu kimi problemin sülh yolu ilə həllinə yönəlmiş siyasət aparır. Amma Ermənistanın yürütdüyü siyasət artıq dözümlü deyil. Azərbaycanın 44 günlük Vətən Müharibəsində olduğu kimi, problemi özünün həll etməsi mühüm variant kimi qiymətləndirilir. Bölgədəki yeni reallıq Azərbaycanın bu gücdə olduğunu göstərəcək. Belə olan halda Türkiyə Şuşa bəyannaməsində yer alan müttəfiqlik müddəalarına əsasən həmişə olduğu kimi, qardaş ölkənin bütün imkanları ilə yanında olacaq. Nəticədə belə bir variant yaranarsa, ən çox Ermənistan zərər çəkəcək", - deyə o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
XƏBƏR LENTİ
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)





