Ermənistan

İrəvandakı aksiyalarda saxlanılan Türkiyə konsulunun qatili azadlığa buraxıldı - YENİLƏNİB - FOTO

14 May 2024 11:58
Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:58

Türkiyə konsulunun qətlinə görə 40 il ABŞ həbsxanasında yatan və İrəvanda keçirilən etiraz aksiyaları zamanı saxlanılan ASALA terrorçusu Hampiq Sasunyan azadlığa buraxılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan "Telegram" kanallarında videogörüntülər yayılıb.

Görüntülərdə Sasunyanın Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Srbazanla (Qalstanyan) birlikdə etirazçılar əhatəsindəki kadrları yer alıb.

----------
10:09


İrəvanda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasiya prosesinə qarşı çıxan etirazçıların nümayişləri davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün səhər polis artıq 7 etirazçını saxlayıb.

Məlumata görə, saxlanılanlar arasında "ASALA" terror təşkilatının üzvü olan Ambik Sasunyan da var.

Qeyd edək ki, Ambik Sasunyan 1982-ci ildə Türkiyənin Kaliforniyadakı konsulu Kemal Arıkanı qətlə yetirib. Sasunyan törətdiyi qətlə görə 1984-cü ildə ömürlük həbs cəzasına məhkum olunsa da, 2021-ci ilin fevral ayında Los-Anceles Ali Məhkəməsi terrorçunun azadlığa buraxılmasına qərar verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.