Ermənistan

Ermənistanda kütləvi itaətsizlik aksiyaları başladı - VİDEO

11 May 2024 12:31
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən əhali kütləvi itaətsizlik aksiyasına başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, küçələrə çıxan əhali əsas yolları bağlayıb.

Paytaxtda yerləşən "Qələbə" körpüsü, "Azatutyan" prospekti, eləcə də Tbilisi şossesində də hərəkət dayanıb. Polisin yolu açmaq cəhdləri uğursuzluqla nəticələnib. Polis bu tələbə məhəl qoymayan etirazçıları saxlamağa başlayıb.

Eçmiədzində bu səbəbdən saxlanılan 6 nəfərin üzərindən silah-sursat aşkar edilib.

Bir qrup aksiya iştirakçısı isə 7 nömrəli məktəbin qarşısında baş nazir Nikol Paşinyanın gəlişini boykot etməyə çalışıb. Bir qədər sonra isə onlar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.