Ermənistan

Simonyandan Matviyenkoya cavab: Gücü bizə çatır!

26 Aprel 2024 11:26
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkoya cavab verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Konfransın mövzusu "Rusiyanın Ukraynanı qanunsuz işğalı" idi, təsadüfən onları incitməmək üçün "qanunsuz" sözünü işlətmədim, lakin mənim çıxışımda beynəlxalq hüquqa, onların bəyanatlarına, imzaladıqları sənədlərə zidd olan heç nə yoxdur. Belarus və Türkiyə də yeni ərazilərin Rusiyaya daxil olmasını tanımır. Eyni zamanda, Türkiyə Prezidenti Krımı da tanımadığını xüsusilə vurğulayır. Mən başa düşmək istəyirəm: gücləri yalnız bizə çatır? Problem ondadır ki, onlar Ermənistanın müstəqil dövlət kimi fəaliyyət göstərməli olduğunu dərk etmirlər. Onların fikrincə, biz hələ də əyalət olaraq qalırıq", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.