Ermənistan

"Bu il Ermənistanda iqtisadi yavaşlama olacaq"

4 Yanvar 2024 23:10
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2024-cü ildə bizdə iqtisadi artımda müəyyən yavaşlama olacaq, iqtisadi artımın 6% civarında olacağını gözləyirik".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının sədr müavini Armen Nurbekyan bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Ermənistanda iqtisadi artım 12,6 faiz, 2023-cü ildə isə 8 faizə yaxın olub.

İnflyasiyaya gəlincə, Armen Nurbekyan bildirib ki, iki əsas ssenari mövcuddur:

"Birinci ssenari ondan ibarətdir ki, inflyasiya mühiti yumşaq olaraq qalacaq və bu, əmək bazarında təzyiqlərin azaldılması ilə bağlı olacaq.

Amma başqa ssenari də var ki, ona görə inflyasiya gözləntiləri müəyyən qədər qalacaq, çünki bizdə maaş artımı 10%-dən yuxarıdır, bu, yüksək rəqəmdir, digər tərəfdən, xidmət sektorunda yüksək inflyasiya var. İnflyasiya gözləntiləri ilə bağlı son sorğulara baxdığımızda qeyri-müəyyənliklər artdıqca hər iki ssenarinin də reallaşdığı görünür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.