Ermənistan

Paşinyanın siyasi kazinosu - VİDEO

17 Dekabr 2023 16:54
Baxış: 1 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan XİN-in rəhbəri Ararat Mirzoya Brüsseldə ölkəsinin Avropaya can atdığını bəyan etdikdən sonra cavab reaksiyası özünü çox gözlətmədi.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.

Videomaterialda qeyd olunur ki, Paşinyan komandasının Qərb düşərgəsinə keçmə planları öncədən də məlum idi və Ermənistan hakimiyyətinin özü də onları ciddi şəkildə gizlətmirdi. Bununla yanaşı, iqtidar mətbuatı və ona bağlı olan media uzun müddətdir ki, anti-Rusiya təbliğatı aparır və Moskvanı eyni dərəcədə vassallıqla Qərblə əvəz etməyin vacibliyini vurğulayırdı.

İrəvanın öz niyyətini açıqlamasından iki gün sonra Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova cavab bəyanatı ilə çıxış edib və burada indiyədək yalnız rəsmi bəyan etdiyi bir sıra nüanslar yer alıb.

Daha ətraflı "Caliber"in süjetində:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.