Ermənistan

Ermənistan DİN Qarabağdan gələn erməni sakinlərə müraciət etdi

25 Oktyabr 2023 17:25
Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın daxili işlər naziri Vahe Qazaryan Azərbaycanın Qarabağ bölgəsindən bu ölkəyə getmiş erməni sakinləri özləri ilə gətirdikləri odlu silahları təslim etməyə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, parlamentdə çıxış edən Qazaryan qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana müəyyən miqdarda silah və sursat daşınıb.

Nazir bildirib ki, silahların könüllü təhvil verilməsi halları var: "Belə ki, üç gün ərzində 4 avtomat və üç hamar lüləli odlu silah təhvil verilib".

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları mütəmadi olaraq vətəndaşlarla izahat işləri aparır, onları silahlarını könüllü təhvil verməyə çağırır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.