Ermənistan

Paşinyan ABŞ rəsmisi ilə sərhədi müzakirə etdi

25 Oktyabr 2023 07:22
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin Cənubi Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakla görüşüb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan söhbət zamanı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində ABŞ-ın səylərinin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlı prinsiplər əsasında regional nəqliyyat infrastrukturlarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, eləcə də regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Həmçinin, Ermənistan-ABŞ əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, C.Hak regionda səfərdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.