Ermənistan

Paşinyanın yaxın adamı Rusiyaya səfir gedir?

24 Oktyabr 2023 16:29
Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda hakim "Vətəndaş sazişi" fraksiyasının deputatı Qurgen Arsenyan Ermənistanın Rusiya Federasiyasındakı səfiri vəzifəsinə namizədliyi ilə bağlı mətbuatda yayılan məlumatı təsdiqləyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə o, parlamentdə jurnalistlərlə söhbətində danışıb.

Arsenyan səfir olmağa razı olub-olmayacağı ilə bağlı suala qəribə cavab verib: "Hesab edin, instituta daxil olub, sənədləri verib, imtahanlardan keçmisiniz, orada oxumayacaqsınız? Siz də mənə eyni sualı verirsiniz", - deyə erməni siyasətçi bildirib.

Jurnalistlərin "Sizə belə bir təklif gəlibmi?" sualına Arsenyan daha da əsəbiləşib: "Mənim sənədlərim hazırda Rusiya Federasiyasındadırsa, necə təklif olmasın?"

Eyni zamanda, Qurgen Arsenyan Moskvanın onun namizədliyini rədd etməsi ilə bağlı məlumatları dezinformasiya adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.