"Paşinyan Rusiyaya qarşı növbəti cəbhə açılmasını istəyir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ və ümumiyyətlə, kollektiv Qərbin Cənubi Qafqazla bağlı planı bəllidir. Onların əsas məqsədi burada Rusiyaya qarşı yeni bir geosiyasi konfrantasiya və qırılma xətti yaratmaqdır. Qərb bunu nə rəngli inqilablar dövründə, nə də indi gizlədir. Yollar fərqli olsa da, məqsəd eynidir.
Bu sözləri axar.az-a ABŞ-Ermənistan münasibətlərinin yaxınlaşması və Rusiyadan uzaqlaşmaq üçün atılan addımlar haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
Politoloq artıq İrəvan və Moskva arasındakı gərginliyin özünün pik həddinə çatma, açıq mərhələyə keçmə ərəfəsində olduğunu vurğulayıb:
"Paşinyanın qarşısına qoyulan birinci hədəf Ermənistanın Rusiyadan uzaqlaşdırılması və Qərbə inteqrasiyasıdır. O, hakimiyyətə gəldikdən sonra ilk iş kimi Rusiyanın ölkə daxilindəki əlaltıları ilə mübarizəyə başladı. Lakin hazırkı məqamda Ermənistan və Rusiya arasındakı konfrantasiya açıq fazaya keçmək üzrədir. Paşinyan indiyədək Rusiyadan qorxduğu üçün balanslaşdırma siyasəti aparmağa çalışırdı, ancaq bu gün Qərbə üz tutduğunu gizlətmir. Xüsusilə KTMT üzvü ola-ola ABŞ-la birlikdə hərbi təlimlər keçirməsi, Vaşinqtonun bölgəyə dəvət edilməsi, çoxsaylı səfərlər, Rusiya ilə müttəfiqliyin səhv seçim olması ilə bağlı çıxışlar, Co Baydenin Paşinyana təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məktubu baş nazirin artıq öz qəti qərarını verdiyini göstərir. Yəni Paşinyan Qərbin bölgəyə hərbçilərini göndərməsini və burada Rusiyaya qarşı növbəti cəbhə açılmasını istəyir. Son hadisələr, Qərbdən verilən reaksiya Paşinyanın istəyinin qarşılıqlı olduğunu nümayiş etdirir. Artıq baş nazirə və komandasına ciddi etirazlar var, hətta çevriliş planını gerçəkləşdirmək istəyən zabitlər və s. həbs olundu. Qarşıdakı günlərdə isə ABŞ-ın Paşinyanı müəyyən həmlələrdən fiziki şəkildə qorunması üçün bir sıra addımlar atması da mümkündür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
-
Dənizdə batdığı ehtimal edilən 3 nəfərdən xəbər yoxdur - Axtarışlar davam edir
-
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
-
Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu
-
Bu şəxslərə pul ödənildi - 188 min nəfəri əhatə edir
-
FHN-dən suda boğulma statistikası: 64 nəfər
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Tarixdən dərs çıxarın”
-
Qazi aşpazın ölüm səbəb məlum oldu - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı





