"Paşinyan getsə, Ermənistan itirilənləri geri qaytara biləcək?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Baxın, deyirlər: "Paşinyan satqındır". "Xəyanət" söhbəti ümumiyyətlə postsovet siyasətində çox dəbdədir. Amma gəlin fürsətçi deyil, obyektiv, ekspert mövqeyi tutmağa çalışaq. Paşinyanın Ermənistanın qələbəsinin təntənəsi üçün dünyada güclü dəstəyi varmı? Yox. "Yerkrapah" könüllülər ittifaqının yarandığı 90-cı illərdə olduğu kimi gedib könüllü kimi qeydiyyatdan keçməyə hazır olan erməni varmı? Yox, çünki insanlar münaqişələrdən yorulur. Və cəmiyyətin demobilizasiyası var ki, nə Paşinyan, nə də Köçəryanın öhdəsindən gələ bilmir".
Milli.Az konkret.az-a istinadla xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markedonov səsləndirib.
O bildirib ki, Paşinyanın beynəlxalq dəstəyi, Azərbaycan ordusu ilə müqayisə olunan ordusu yoxdur:
"İki qonşu Paşinyana qarşıdır. Gəlin, bir dəqiqəlik təsəvvür edək! Nikol Paşinyan erməni xalqı tərəfindən xəyanətdə ittiham olunur, cəmiyyət onu rədd edir və devirir. Alternativ varmı? Paşinyan getsə, Ermənistan daha çox silaha sahib olacaqmı? ABŞ Konqresi Rusiya hökuməti ilə birlikdə Dağlıq Qarabağı tanıyacaqmı? Yeni hökumət itirilənləri geri qaytara biləcəkmi?", - deyə rusiyalı politoloq bildirib.
O deyib ki, eyni zamanda Paşinyan siyasətçi kimi həmişə heç də həmişə müdrik hərəkət etmir.
"O, hakimiyyətə gələrək vətənpərvər legitimliyin olmamasını populist bəyanatlarla kompensasiya etməyə çalışıb. Vaxt var idi o, "Qarabağ Ermənistandır" deyirdi. İndi bunu min dəfə xatırlayacaq. O, bir neçə dəfə təkrar edirdi ki, hər hansı sənədə imza atmazdan əvvəl meydana çıxıb xalqa müraciət edəcək. Təbii ki, Paşinyanın Qarabağ məsələsində imzaladığı bütün kağızlar meydanda razılaşdırılmayıb. Və verdiyi vədlərin çoxu həyata keçməyib. Hətta tam əksi həyata keçirildi", - deyə Sergey Markedonov bildirib.
Rusiyalı politoloq etiraf edib ki, Azərbaycanın müəyyən vasitələri var.
"Hesab edirəm ki, Qarabağın inkişafı ilə bağlı heç bir problem olmayacaq. "Görün, 26 il erməni qüvvələrinin nəzarətində olan o ərazilərdə hansı sürətlə yeni tikintilər gedir. Üstəlik, bu, nümayişkaranə şəkildə edilib: Füzuli hava limanının Türkiyə prezidenti Ərdoğanın nümayişkaranə dəvəti ilə kütləvi açılışını xatırlamaq olar. Düşünürəm ki, Türkiyə və digər müttəfiqlər - Pakistan bu işdə Azərbaycanın yanında olacaq", - deyə Sergey Markedonov fikrini yekunlaşdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
XƏBƏR LENTİ
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - (Foto)
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar





