Ermənistan

Ermənistan Azərbaycan bayrağının yandırılmasını cinayət əməli saymadı

15 Aprel 2023 11:12
Baxış: 1 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın İstintaq orqanı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın hərəkətində cinayət tərkibinin olmadığını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun vəkili Aleksandr Qoçubayev məlumat verib.

"Çox yaxşı haldır ki, istintaqın ilkin mərhələsində istintaq orqanı cinayət tərkibinin olmadığını bildirib. İlkin məlumata görə, ona cinayət işi açılmayacaq" - o bildirib.

Vəkil əlavə edib ki, istintaq orqanı cinayət işinin başlanmaması barədə qərar qəbul edib və materiallar prokurorluğa göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.