Ermənistan

Ermənilər Xocavənddə "PUA emalatxanası" açdılar - FOTOlar

14 Noyabr 2022 09:39
Baxış: 1 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi Xocavənd rayonunda "Armat" adlanan, ikinci, ümumilikdə isə sayca 24-cü olan "ARMAT IN THE AIR" PUA emalatxanası açılıb.

Milli.Az xəbər verir ki, layihə özünü Xocavəndlə qardaşlaşmış şəhər elan edən, Fransanın paytaxtı Parisdən 17 km aralıda yerləşən Sarsel şəhər bələdiyyəsi və erməni donorlar tərəfindən maliyyələşdirilir. Bu barədə qondarma, oyuncaq qurumun "dövlət nazirinin müşaviri" Artak Beqlaryan Teleqramında yazıb.

Erməni mətbuatının xəbərinə görə, eyni gündə Xankəndidə "ARMAT" emalatxanalarının sərgisi keçirilib. Xəbərdə 24 "Armat"da artıq 600-ə yaxın tələbənin praktiki-texnoloji təhsil aldığı vurğulanır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.