Ermənistan

Paşinyanla Araik gizli görüşüb - Müxalifət “qaynayır”

3 İyun 2022 13:15
0 Şərh     Baxış: 1 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşən rus sülhməramlılarının məsuliyyət dairəsinə daxil olan Xankəndidə hələ də separatçı fəaliyyətini davam etdirməyə çalışan Araik Arityunyanın gizli şəkildə görüşdüyü iddia edilir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, görüşlə bağlı nə Ermənistan hökuməti, nə də Qarabağdakı separatçı tör-töküntüsü açıqlama yayıb. Buna baxmayaraq, belə bir görüşün olmasına mənbələr şahidlik edir.

Erməni müxalifəti isə bundan şou düzəltmək və sabahkı mitinqin daha genişmiqyaslı olmasına nail olmaq üçün istifadə etməyə çalışır. Onlar iddia edirlər ki, əgər belə bir gizli görüş olubsa, demək, Ermənistanın Azərbaycanla razılaşmaları və Azərbaycanın ərazi bütövlüyünün tanınması (Qarabağa iddialardan əl çəkmək) müzakirə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.