Ermənistan

Bakı Haaqada da qalib gəldi, bundan istifadə edəcək - Saakyan

9 Dekabr 2021 09:36
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində iddialarının böyük əksəriyyətinin təsdiqlənməsi Ermənistanda xüsusi narahatlıqla qarşılanıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, erməni politoloq və hüquqşünaslar hüquqi müstəvidə bu qələbədən sonra Azərbaycanın iddialarının genişlənəcəyini və bundan siyasi məqsədləri üçün istifadə edəcəyini bildirirlər.

Erməni hüquq müdafiəçisi Siranuş Saakyan da deyib ki, Azərbaycanın yalnız mina xəritələri ilə bağlı iddiasından imtina edilib, o da ona görə ki, "Ermənistan qorxaq siyasət həyata keçirərək" Haaqa Məhkəməsinin qərarından əvvəl mina xəritələrinin hamısını Azərbaycana verdi.

S.Saakyan Azərbaycanın demək olar ki, istəyinə tam çatdığını və bunun sonrakı proseslərdə presedentə çevriləcəyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan məhkəməyə yaxşı hazırlaşıb və tutarlı dəlillər təqdim edib, bunun əvəzində isə erməni tərəfi ciddi arqumentlərlə çıxış etməyi bacarmayıb.

S.Saakyan "erməni əsirlər" məsələsində Ermənistanın beynəlxalq məhkəmədə uduzmasının Azərbaycana əlavə şans tanıyacağını da qeyd edib.

"Bu qərar Azərbaycanın əlinə əlavə kozır verdi və rəsmi Bakı məsələnin qısa müddətdə həlli üçün siyasi güzəştlər tələb edəcək".

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair" iddiasını təmin etməyib. Məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da rədd edilib.

Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.