Ermənistan

"Komandir dedi məzarları eşin, qızıl dişləri axtarın" - erməni əsgərin etirafı

6 Dekabr 2021 12:12
1 Şərh     Baxış: 2 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni ordusunun hansı durumda olduğunu elə ermənilərin özləri etiraf etməkdə davam edir. Bu etiraflardan da məlum olur ki, düşmən ordusu mahiyyət etibarilə quldur, vəhşi bir birləşmədən ibarət olub. Quldur dəstələrin isə ordu deməyin adamın dili belə gəlmir.

Bəlli olur ki, erməni quldur birləşmələri müharibədə döyüşməkdən başqa hər şeylə məşğul olublar. Dedovşina, fərarilik, döyüşlərdən yayınma ilə yanaşı, onların qəbirlərə qarşı vandallığı faktlarla sübut olunur. Bu faktlardan birinə nəzər salaq. Ermənistandan Niderlanda mühacir edən tərcüməçi, publisist və bloger Nairi Ahverdi Tvitterdə İrəvanın işğal siyasəti və erməni səhra komandirlərinin və yararqlılarının Birinci Qarabağ müharibəsi zamanı vəhşiliklərindən danışıb. Onun sözlərinə, görə, erməni liderlər erməni cəmiyyətini aldadıb, onların gözləntilərini heç edib. Bildirib ki, bu da bir çox gənc ermənini şoka salıb.  Erməni bloger iddia edib ki, həmin erməni gənclər başqa cür tərbiyə olunmuşdular. Onlar bilmirdilər ki, 7 rayon etnik cəhətdən təmizlənib və bu əməliyyatlar vətənpərvərlik şüarları adı altında həyata keçirilib", - deyə bəyan edib.

Əlavə edib ki, Birinci Qarabağ müharibəsi zamanı döyüşən ermənilər çox vaxt nələrlə üzləşdiklərindən şoka düşürdülər. "Bir veteran mənə deyirdi ki, komandir ona azərbaycanlılara məxsus qəbirləri qazıb oradan ölülərin qızıl dişlərini çıxarmağı tələb edirdilər. Deyirdi ki, komandir və xidmət yoldaşlarının acgözlüyü onu şoka salırdı", - deyə Nairi Ahverdi bildirib.

Bəli, bunu hansısa Qərb və yaxud, azərbaycanlı, hətta rus deyil, erməni etiraf edir. Görəsən bu etiraflara ermənilərin reaksiyası necə olacaq? Özlərini yenə təmizə çıxarmağa çalışacaqlar? Yenə ənənəvi olaraq iddia edəcəklər ki, bu yalandır? Halbuki, həmin bloger qatı ermənipərəst və antitürk mövqeyi ilə seçilən biridir.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.