Amerika

Tramp Çinlə əməkdaşlığa görə Kanadanı hədələyib

24 Yanvar 2026 20:21
Baxış: 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Kanadanı Çinlə əməkdaşlığa görə 100 % tariflərlə hədələyir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" hesabında yazıb.

"Əgər qubernator Karni (Kanadanın Baş naziri Mark Karni - red.) düşünürsə ki, o, Kanadanı Çinin mal və məhsullarını Birləşmiş Ştatlara göndərmək üçün "transfer limanı"na çevirəcək, o, dərindən yanılır. Çin Kanadanı "diri-diri yeyəcək", biznesləri, sosial strukturu və ümumi həyat tərzinin dağılması da daxil olmaqla, onları tam "udacaq". Əgər Kanada Çinlə sövdələşmə bağlasa, Kanadanın ABŞ-yə daxil olan bütün mal və məhsullarına dərhal 100 % rüsum tətbiq ediləcək", - yazıda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.