Amerika

Tramp ölümdən qurtuldu – Prezident təyyarəsi az qala sərnişin təyyarəsi ilə toqquşacaqdı

17 Sentyabr 2025 19:43
Baxış: 485
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Trampın prezident təyyarəsi havada ciddi təhlükə ilə üzləşib. Spirit Airlines şirkətinə məxsus sərnişin təyyarəsi ilə Air Force One tipli prezident təyyarəsi az qala toqquşurdu.

Hadisə 16 sentyabr, Long Island üzərində baş verib. ABŞ mətbuatının məlumatına görə, hava hərəkəti dispetçeri son anda müdaxilə edərək pilotları xəbərdar edib. Məlumata görə, hər iki təyyarə eyni hündürlükdə uçurdu və bu, böyük risk yaradıb.

Dispetçerin göstərişi ilə Spirit Airlines təyyarəsi kursunu dəyişib və nəticədə təyyarələr bir-birindən bir neçə mil uzaqda, təhlükəsiz məsafədə qalmağı bacarıb.

Hadisə Trampın rəsmi səfər üçün Londona uçuşu zamanı qeydə alınıb.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.