Amerika

İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqladı

1 Fevral 2026 22:22
Baxış: 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran hakimiyyəti tərəflər arasında etimadın bərpa olunacağı təqdirdə ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlara hazırdır.

Milli.Az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "CNN" telekanalına müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, məzmunlu danışıqlar etimada əsaslanmalıdır, lakin hazırda İran ABŞ-ni etibarlı danışıqlar tərəfdaşı kimi görmür.

Onun sözlərinə görə, bu etimadsızlığın aradan qaldırılması vacibdir və hazırda regiondakı dost ölkələrin vasitəçiləri bu istiqamətdə səylər göstərirlər.

"Hazırda Tehran və Vaşinqton arasında vasitəçilər yolu mesaj mübadiləsi davam edir", - Əraqçi qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.