Siyasət

Azərbaycan XİN Pakistanın Bəlucistan hücumlarını pislədi

1 Fevral 2026 23:04
Baxış: 343

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində baş vermiş terror hücumlarını qətiyyətlə pisləyib.

Milli.Az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumatda bildirilir: "Həlak olanların ailələrinə dərin başsağlığımızı bildirir, qardaş Pakistan xalqına və Pakistan hökumətinə səmimi hüzn və həmrəyliyimizi ifadə edirik.

Yaralananlara tezliklə və tam sağalma arzulayırıq. Bu çətin zamanda Pakistanla həmrəy olduğumuzu bildirir və terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq səylərə qəti dəstəyimizi bir daha təsdiqləyirik".

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.