Dünya

İsrail Livanın cənubuna zərbə endirdi

1 Fevral 2026 23:28
Baxış: 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail hərbçiləri Livanın cənub rayonlarına yeni zərbələr endirib, "Hizbullah" təşkilatının hərbi obyektlərini hədəf alıblar.

Milli.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gün ərzində ordu Məzraat-Abudiya yaşayış məntəqəsində "Hizbullah"ın bir neçə maşınına hücum edib.

"Hizbullah" silahlı birləşmələrinin üzvü məhv edilib, rayonların bir hissəsində isə tanklara qarşı raketlərin saxlandığı anbarlar və digər hərbi təyinatlı binalar da daxil olmaqla, hərbi infrastrukturu məhv etmək məqsədi ilə zərbələr endirilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.