ABŞ Prezidenti Donald Tramp İranın razılaşma əldə etməyə meyilli olduğunu desə də, detalları açıqlamayıb.
Milli.Az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərə bildirib ki, prosesin gedişi zamanla aydınlaşacaq.
Tramp İranla bağlı vəziyyətin mürəkkəb olduğunu vurğulayıb və ABŞ-nin bölgədə güclü hərbi mövcudluğunu davam etdirdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ-nin İrana yaxın ərazilərdə böyük hərbi qüvvələri var.
Prezident həmçinin İranın əvvəl kütləvi edamlar planlaşdırdığını, lakin Vaşinqtonun sərt mövqeyindən sonra geri çəkildiyini iddia edib. İranla bağlı mümkün hərbi addımlar barədə isə detallara girməyib.
Tramp ABŞ-nin dünyanın ən güclü ordusuna və donanmasına sahib olduğunu xatırladaraq, İranı nüvə proqramı üzrə danışıqlara qayıtmağa çağırıb və əks halda daha sərt addımların atıla biləcəyini bildirib. Tehran isə mümkün hücuma cavab veriləcəyi ilə hədələyib.
Asya
Milli.Az





