Rusiyanın Krasnoyarsk diyarının Evenki rayonunda yerləşən Kerbo meteostansiyası son 24 saat ərzində Yer kürəsinin ən soyuq yeri olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Stansiyada rekord dərəcədə aşağı temperaturun -48,5 dərəcə qeydə alınıb.
Mətbuat xidmətindən bildiriblər ki, dünya reytinqində gündəlik temperatur minimumları üzrə ikinci və üçüncü yerləri də Rusiya yaşayış məntəqələri tutub.
Yakutiyanın Lenski rayonundakı Komaka meteostansiyasında temperatur mənfi 47,9 dərəcəyə düşüb. Olenyok rayonunun Şelaqontsı kəndində isə 47,3 dərəcə şaxta qeydə alınıb.
Milli.Az





