Cəmiyyət

ABŞ-də saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı

1 Fevral 2026 18:59
Baxış: 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-də saxlanılan azərbaycanlı alim Şövqi Hüseynov sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, o bu haqda feysbuk hesabında paylaşım edib:

"Bütün sənədlərim leqal və öz yerində olduğu üçün bu gün evimdəyəm. Minlərlə e-mail almışam. Hamınıza bir-bir təşəkkür edirəm".

Xatırladaq ki, Baffalo Universitetində çalışan Ş. Hüseynov bir müddət əvvəl İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında saxlanılmışdı.  

Professorun ölkədən deportasiya ediləcəyi gözləndiyi haqda xəbərlər yayılmışdı.

Onun saxlanılmasına səbəb olan hadisə isə yanvarın 7-də qeydə alınmışdı.

Belə ki, Ş.Hüseynov həmin gün avtomobillə Baffalo şəhərini Kanadanın Ontario şəhəri ilə birləşdirən Niaqara çayının üzərində yerləşən "Peace" körpüsünü keçib və səhvən Kanada ərazisinə daxil olub. Alim geri qayıdarkən ABŞ sərhədçiləri tərəfindən saxlanılıb. 

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.