Dünya

Moskva bazarında yanğın olub

27 Noyabr 2013 11:48
0 Şərh     Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Parkovaya küçəsində yerləşən bazardakı yanğının 50 kvadratmetr ərazini əhatə etdiyi deyilir

Rusiyanın paytaxtı Moskva şəhərində Parkovaya küçəsində yerləşən bazarda yanğın olub.

Anspress-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yanğın 50 kvadratmetr ərazidə baş verib.

Bazardakı meyvə-tərəvəzlə dolu piştaxtanın yandığı bildirilir. Xilasedicilərin məlumatına görə, yanğın Moskva vaxtı ilə 04:11-də nəzarətə alınıb, 04:21-də isə söndürülüb. İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.