Cəmiyyət

Azərbaycanda bu yüksək vəzifə ləğv edildi

12 Fevral 2026 19:28
Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.

Belə ki, daha əvvəl "Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"ya əsasən, nazirin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və müavini var idi.

Fərmanla birinci müavin vəzifəsi ləğv edilib.

Bununla nazirin Ali Məclis sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.

Qeyd edək ki, 1 dekabr 2025-ci ildə Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun müvafiq Sərəncamı ilə Rəşadət Nabatov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini təyin edilib. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.