Video

Yeni eksklüziv superkar - VİDEO

28 Yanvar 2015 21:37
0 Şərh     Baxış: 1 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İtaliaynın supercar istehsalçısı Pagani Automobili S.p.A. özünün kiçik seriyalı istehsalı 2011-ci ildə bitmiş Zonda modelinin sifarişlə növbəti unikal versiyasını hazırlayıb. Yeni avtomobil Zonda 760 zirvə yol modeli sırasına məxsusdur və bu həmin seriyada ilk rodsterdir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Pagani Zonda 760 Roadster kuzovu rəsmi olaraq Zonda -nın vida variantı hesab edilən 800 at güclü Zonda Revolucion modeli kimi göy və rənglənməmiş karbondan hazırlanıb. Bütün "yeddi yüz altmışlar" kimi yeni supercar da Mercedes-Benz istehsalı olan 760 at güclü 7,3 litrlik V12 mühərriklə təchiz edilib. Sekvental ötürücü qutu isə Luis Hamiltona məxsus Zonda 760 LH avtomobilində olduğu kimi adi "mexaniki" ötürücü qutu ilə əvəz edilib.

Pagani Zonda 760 model sırasına 760 RS, 760 LH, 764 Passione, 760 Fantasma, 760 X və 760 LM avtomobilləri daxildir. Zonda -dan başqa Pagani Huayra superkarı da buraxır.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.