İran

ABŞ və İsrailin zərbələri nəticəsində öldürülən Xameneinin nəvəsinin FOTOSU

1 Mart 2026 22:44
Baxış: 1 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın ali rəhbəri Əli Xamenei-nin Tehrandakı iqamətgahına endirilən raket zərbəsi zamanı ailə üzvlərindən bir neçəsi, o cümlədən 14 aylıq nəvəsi Zəhra Məhəmmədi Qolpayqani həlak olub.

Milli.Az xəbər verir ki, hücum zamanı iqamətgahın böyük bir hissəsi ciddi dağıntıya məruz qalıb. Zərbə nəticəsində ailə üzvləri arasında itkilərin olduğu bildirilir. Həlak olanlar arasında azyaşlı nəvənin də olduğu təsdiqlənib.

Hadisə ölkə daxilində böyük rezonans doğurub. İran rəsmiləri bunu "birbaşa rəhbərliyə qarşı yönəlmiş hücum" kimi qiymətləndirir və məsul tərəflərə qarşı cavab tədbirlərinin görüləcəyini bəyan ediblər. /Musavat.com

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.