Dünya

KİV: “Xameneinin meyitinin fotosu Netanyahuya göstərilib” - YENİLƏNİB

1 Mart 2026 00:50
Baxış: 1 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın ali lideri Əli Xameneinin bu səhər İsrail hücumu nəticəsində həlak olduğu bildirilir.

Milli.Az xəbər verir ki, bunu İsrail rəsmisi "The Times of Israel"ə açıqlamasında deyib.

"The Times of Israel" yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahuya Əli Xameneinin Tehrandakı iqamətgahından çıxarılan cəsədinə aid olduğu bildirilən foto təqdim edilib.

Məlumata əsasən, İsrailin bu səhər İrana qarşı həyata keçirdiyi hücumların ilk dalğasında Xameneinin olduğu bina hədəfə alınıb.

----------

İranın Ali Rəhbəri Əli Xameneinin cəsədi tapılıb və onun öldüyü təsdiqlənib.

Milli.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İsrail rəsmisinə istinadən məlumat yayıb.

--------

İranın Ali Rəhbəri Əli Xameneinin Tehrandakı iqamətgahından İran hakimiyyəti tərəfindən tapılan meyitinin görüntüsü İsrail baş naziri Benyamin Netanyahuya təqdim edilib.

Milli.Az xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.

Qeyd edək ki, İran rəsmiləri və mediası bu barədə hələlik heç bir məlumat açıqlamayıb. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.