İran

Xameneinin gəlini və kürəkəninin ölümü təsdiqləndi

28 Fevral 2026 23:27
Baxış: 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın ali lideri Əli Xameneinin kürəkəni, həmçinin oğlunun həyat yoldaşı Tehrana raket hücumlarında həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Tehran meriyasının sözçüsü bildirib.

Ölənlər Zəhra Həddadadil (Müctəba Xameneinin həyat yoldaşı) və Misbah ül-Hüda Bagirikənidir (Xameneinin qızının həyat yoldaşı).

Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ İrana zərbələrə başlayıb. Zərbələr nəticəsində Xameneinin də öldüyü xəbəri yayılsa da, daha sonra İran rəsmiləri, o cümlədən XİN başçısı Abbas Arakçı məlumatı təkzib edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.