İranın ali lideri Əli Xameneinin kürəkəni, həmçinin oğlunun həyat yoldaşı Tehrana raket hücumlarında həlak olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Tehran meriyasının sözçüsü bildirib.
Ölənlər Zəhra Həddadadil (Müctəba Xameneinin həyat yoldaşı) və Misbah ül-Hüda Bagirikənidir (Xameneinin qızının həyat yoldaşı).
Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ İrana zərbələrə başlayıb. Zərbələr nəticəsində Xameneinin də öldüyü xəbəri yayılsa da, daha sonra İran rəsmiləri, o cümlədən XİN başçısı Abbas Arakçı məlumatı təkzib edib.
Milli.Az