İran

Arakçi: "Komandirlərimizi itirdik, amma hərbi gücümüz yerindədir"

1 Mart 2026 22:33
Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Xarici İşlər naziri Abbas Arakçi bəzi yüksək rütbəli komandirlərin öldürüldüyünü etiraf etsə də, İranın hərbi potensialının zəifləmədiyini və qisas əməliyyatlarının davam edəcəyini bəyan edib.

Milli.Az xəbər verir ki, nazir bəzi mühüm komandirlərin itirildiyini fakt kimi qəbul edib. Lakin o, vurğulayıb ki, İranın hərbi iyerarxiyasında "əvəzolunmaz şəxs yoxdur" və öldürülən hərbçilər bir neçə saat ərzində yeniləri ilə əvəz olunub.

Arakçi ötən ilin iyunundakı hücumları xatırladaraq bildirib: "O zaman 12 saat ərzində cavab vermişdik, bu dəfə isə daha sürətli olduq". O, İranın hərbi imkanlarının İsrail və ABŞ bazalarını vurmağa kifayət etdiyini deyib.

Nazir ABŞ ilə danışıqların mümkünlüyü barədə suala sərt reaksiya verib. O, ötən cümə axşamı Cenevrədə "çox yaxşı müzakirələrin" keçirildiyini, lakin "sülh əleyhdarlarının" (İsrail və Tramp administrasiyasına işarə edir) bu prosesi qəsdən pozduğunu iddia edib.

Arakçi həmçinin təsdiqləyib ki, İran Konstitusiyasına uyğun olaraq, Ekspertlər Şurası artıq yeni Ali Rəhbərin seçilməsi proseduruna başlayıb.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.