Cəmiyyət

Təhsil şöbəsinin müdiri işdən qovuldu

7 Sentyabr 2015 18:35
2 Şərh     Baxış: 1 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan Rayon Təhsil Şöbəsinin müdiri Əbülfət Ağababa oğlu Bədəlov vəzifədən uzaqlaşdırılıb.

Milli.Az bildirir ki, musavat.com-un əldə etdiyi məlumata görə, Ə.Bədəlov işdə yol verdiyi nöqsanlara görə vəzifədən kənarlaşdılıb.

Ə.Bədəlov 2010-cu ilin aprel ayından bu vəzifəni icra edirdi. O, əvvəllər 50 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyasının sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, keçmiş təhsil şöbəsinin fəaliyyəti zamanı yol verdiyi qanunsuzluqlarla bağlı mətbuatda dəfələrlə məlumatlar yer alıb. 

Ə.Bədəlovun təhsil şöbəsinin müdiri olduğu müddətdə müəllimlərin maaşından qanunsuz haqq tutması, yeni dərs illərində siniflərin bölgüsü zamanı müəllimlərdən rüşvət tələb etməsi kimi şikayətlər mətbuatın gündəmində yer alıb.

Məsələ ilə bağlı Ə.Bədəlovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Ə.Bədəlovun telefonu söndürülmüşdü. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.