Bakıda restoran qudurğanlığının sonu çatır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəlkə də, bir çoxları bu yeniliyə sevinəcəklər, ancaq kimlərsə məyus olacaqlar
Milli.Az xəbər verir ki, Bakının bəzi kafe və restoranlarında son illər dəb halına çevrilmiş bu adət-ənənə sakinlərin pulunu göyə sovurmaqdadır. Ancaq yeni yaradılmış "qaynar xətt" ilə siz bunun qarşısını ala bilərsiz.
Belə ki, əsasən Bakı bulvarı ətrafındakı kafe və restoranlarda oturan sakinlər sadə çay istədikdə onlara "yox" cavabı gəlirdi. Səbəb isə bu idi ki, sözügedən yerdə sadə çay verilmir.
Ötən gün isə tanınmış jurnalist Həmid Həmidov öz facebook səhifəsində bu "adət-ənənə"nin qarşısını necə ala biləcəyimiz haqda bir yazı paylaşıb. Yazıda deyilir:
"Mənə bir məlumat göndəriblər və bunu sizinlə paylaşmağı özümə borc bldim. Əgər siz bulvar ətrafındakı çayxana və yaxud da restoranlarda çay istədikdə onun yanında əlavə nəsə götürməyə məcbur edilsəniz, "bizdə sadə çay verilmir" bəhanəsini eşitsəniz, yaxud orada qoyulmuş divanlarda sizi əyləşməyə qoymasalar (orada oturduqda ən azı çay dəstgahı sifariş etməli olduğunuz deyilsə), çəkinmədən dərhal 055-282-70-00, 012-480-18-36 "qaynar xət"ləri ilə əlaqə saxlayın.
Bu xətlər həqiqətən işləyir (mən özüm belə təəccübləndim). Dərhal sizin olduğunuz yerə aidiyyəti olan şəxslər gələrək, həmin obyektin sahibkarını cərimələyirlər.
Və onu da əlavə etmək istəyirəm ki, bulvarın işçiləri bildirdilər ki, sadə çayın qiyməti 2 manat, mürəbbə ilə isə 3 manat olmalıdır. Əgər qeyd olunan qiymətlərdən baha olsa, dərhal "qaynar xət"lə əlaqə saxlayın".
Sözügedən "qaynar xətt" ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müaviniylə əlaqə saxladıq. Nazim Məcidov Milli.Az-a açıqlamasında nömrələrin hər an açıq olduğunu və bu cür hal yaşandıqda sakinlərdən çəkinmədən əlaqə saxlamağı xahiş elədi:
"Sözügedən qurum artıq 4 ildir ki, var. Bəli, bulvar ərazisində bu cür hallar yaşanır, ancaq sakinlər qanun pozuntusu gördükdə "qaynar xətt"ə zəng vursunlar və biz həmin obyekt sahibini onların gözü qarşısında cərimələyəcəyik.
Cəmiyyət gərək bu cür pozuntulara qarşı mübarizə aparsın və bunların qarşısını alsın. Qeyd olunan nömrələr həmişə açıqdır, qanun pozuntusu olduqda dərhal əlaqə saxlayın".
Ceyhun Ələkbərov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Övladınız “Sən mənim həyatımı məhv etdin” deyirsə, belə cavab verin
-
Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
-
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
-
Nərmin Ələkbərovaya vəzifə verildi
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
-
Bakıda endirim izdihamı müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Karton stəkanda çay-qəhvə içənlərə pis xəbər
-
Bağçanıza nanə əkin çağırışı edildi: səbəb
-
5 bürcün üzünə pul qapıları açılır – Sentyabrın 22-dək fürsətlər artacaq
-
"And içib deyə evlənmirik" - Cennifer Eniston
-
Övladınız “Sən mənim həyatımı məhv etdin” deyirsə, belə cavab verin
-
İspaniyada isti hava 5 mindən çox insanın ölümünə səbəb oldu
-
Cennifer Lopez hamamdan fotosunu paylaşdı - (Foto)
-
Yumurtanı dondurucuya belə qoyun – Bir ilə qədər xarab olmur
-
Buzluğa qiymə qoyarkən niyə üzəri oxlovla hamarlanır?
-
Avropalılar qəhvə çöküntüsünü unitaza tökməyə başladı - səbəb
-
“Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
-
“Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
-
Günün qoroskopu: Azadlıq hissiniz ön planda olacaq
-
Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
-
Yük avtomobili Bakı-Sumqayıt yolunda arakəsməyə çırpıldı - (Video)
-
"Qalatasaray"dan 11 milyon avroluq transfer - (Foto)
-
Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
-
Madonna Ancelinanın evini alır
-
Nepaldakı fəlakətin əsl səbəbi üzə çıxdı: Peyk görüntüləri - (Foto)
-
Göygöldə 32 yaşlı kişi bıçaqlandı
-
Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
-
Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - (Video)
-
Nəsrin Cavadzadə fotoları ilə diqqət çəkdi
-
Sabah Sabunçuda qaz olmayacaq





