Cəmiyyət

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

31 Avqust 2026 21:46
Baxış: 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb. Çox sevilən tirajlı lotereya oyunu "4+4"-də cekpot ilk dəfə 2 000 000 manatı keçib. 

"4+4" oyununda 20 rəqəm arasından sevdiyiniz 8 rəqəmi seçərək həyatınızı dəyişəcək cekpotu qazanmaq şansına nail ola bilərsiniz. Həftənin 2 və 5-ci günü saat 19:45-də keçirilən "4+4" tirajlı lotereyası "Xəzər" TV, eləcə də "Azərlotereya"nın "Youtube" və "Telegram" kanallarında canlı yayımlanır. 

"Azərlotereya" tarixində ilk dəfədir ki, cekpot məbləği 2 000 000 manatı keçib. Tarixi uduşun sahibinin kim olacağı böyük maraqla gözlənilir. Daha öncə "4+4" oyununda qazanılmış ən böyük cekpot məbləği 913 072 manat olub. 

Cəmi 2 manata 2 000 000 manat qazanmaq şansına sahib olmaq istəyənlər biletləri "Azərlotereya" satış nöqtələri, "Azərpoçt" şöbələri, "Misli" məntəqələri, Azerlotereya.com və Misli.az saytlarından əldə edə bilərlər. 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.