“The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
Son günlər Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, habelə "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatında qeyd edilib.
Bildirilib ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır:
"Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük vermişlər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.
Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir".
"Bir daha adı çəkilən media qurumlarını ("The Independent", "The Guardian" və "BBC") bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik", - deyə bəyanatda qeyd edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
-
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib - (Foto/Video)
-
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib
-
Bişkekdə Prezident İlham Əliyevin Məsud Pezeşkianla görüşü olub - (Foto)
-
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər
XƏBƏR LENTİ
-
İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir?
-
Ceyk Pol yenidən böyük rinqə qayıdır
-
“Poyraz Karayel”in “Sinan”ı illər sonra - (Foto)
-
Sumqayıt sakini bıçaqlandı - 71 yaşlı atası saxlanıldı - Yenilənib
-
FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib
-
Bakıda dolu yağacaq - xəbərdarlıq
-
Nərmin Ələkbərovaya vəzifə verildi
-
“The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
-
Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
-
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü - (Foto)
-
Messi millidəki karyerasını başa vurub
-
Qardaşından Cem Yılmaza ölüm arzulayanlara sərt cavab
-
Qarabağda bədbəxt hadisə - 2 nəfər öldü - (Foto)
-
Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
-
Mirel Redoy istefa verdi
-
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı açıqlama
-
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib - (Foto/Video)
-
İrem Dericinin nişanlısı tutuldu
-
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib
-
Qırğızıstanda folqa fabrikində yanğın baş verib
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Yaponiyanın ən yaşlı sakini vəfat edib
-
Hövsanda su kəsiləcək
-
Paytaxtda sürücülərə xəbərdarlıq: Bu yollarda hərəkət məhdudlaşdırılacaq





