Siyasət

Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

31 Avqust 2026 15:57
Baxış: 508

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən görüşü ilə bağlı mətbuat üçün bəyanatda bildirilib.

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranziti, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib.

"Liderlər həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıb", - deyə bəyanatda qeyd edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.