Bakıda restoranda iki qardaşı bıçaqlayan şəxsə hökm oxundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda restoranda 2 nəfəri bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 2001-ci il təvəllüdlü şəxsə hökm oxunub.
Bildirilib ki, hadisə ötən il sentyabrın 25-i saat 02 radələrində paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən "Okean" restoranında baş verib.
Belə ki, Namiq Şirinli restoranda olan digər masada müştəri qismində əyləşmiş Babək və Asəf Qazıyev qardaşlarına yaxınlaşaraq pul tələb edib. Onlar imtina etdikdə tərəflər arasında sözlü mübahisə yaranıb və restoranın həyətinə çıxıblar. Burada N.Şirinli xuliqanlıq niyyəti ilə məişət təyinatlı cib bıçağı ilə qardaşlara zərbələr endirib.
Məhkəmə Namiq Şirinlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə təqsirli bilib.
O, 4 il həbs cəzasına məhkum edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hövsanda su kəsiləcək
-
Paytaxtda sürücülərə xəbərdarlıq: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
-
Bişkekdə Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü keçirilir
-
Tramp: ABŞ İranın hücumlarına cavab verəcək
-
“Borussiya Dortmund”dan “Sabah”la bağlı paylaşım – (Foto)
-
Ruzbeh Gülümov vəzifəsindən ayrılıb
-
Ərdoğan da Bişkekdədir
-
Təlim zamanı ayı xidmətçiyə hücum etdi – (Video)
-
Putin və Si Cinpin görüşdü
-
Bakıda restoranda iki qardaşı bıçaqlayan şəxsə hökm oxundu
-
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib
-
Nepalda ölənlərin sayı 919-a çatdı
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər
-
Autizmli uşağı döyən psixloqla bağlı rəsmi açıqlama
-
Bakıda endirim izdihamı müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər
-
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi
-
"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır - (Foto)
-
"Sabah"la oyunöncəsi "Borussiya Dortmund"a ağır zərbə: Yeni transfer sıradan çıxdı
-
Bakı dünya rəqsinin paytaxtına çevrilir: Olqa Krasnyanskaya yubiley “Azerbaijan Dance Festival” barədə danışdı - (Video)
-
Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - (Foto)
-
“Qəbələ” baş məşqçisi ilə yollarını ayırdı
-
Naxçıvanda yaşayış binasında yanğın oldu - (Video)





